“Dünyanın heç bir ölkəsində insan zənginliyindən kimisə əzmək üçün istifadə etmir” – Professordan sərt reaksiya

10:47 - 28 Aprel 2022

“Dünyanın heç bir ölkəsində insan zənginliyindən kimisə əzmək üçün istifadə etmir” – Professordan sərt reaksiya

İstehlak mədəniyyəti bu gün dünyada ən çox müzakirə olunan mövzulardandır. 


İnsanın maddi-mənəvi tələbatı daim artır və buna uyğun da istehsal prosesləri səmərəli qurulur.

Tələb-təklif çevik surətdə əlaqələndirilir. 

İmkanlı şəxslər bu bolluqdan qanun və əxlaq çərçivəsində yaralanmalıdır.

İnsanın pulu varsa, o, istehsal olunan bolluq, zənginlikdən qanun və əxlaq çərçivəsində yaralanmalıdır, istehlak mədəniyyəti anlayışını bilməlidir, hörmətini nümayiş etdirməlidir.

İstehlak mədəniyyəti nədir?

Bizim qanunvericilikdə istehlak xuliqanlığı çıxarılmalıdır.

Küçələrdə özünü göstərənlər, “mənə yol ver” – deyə insanların üstünə qışqıranlar, vergidən yayınanlar, bank kreditlərini hədiyyə kimi düşünənlər, onlara verilən vəzifələrdən sui-istifadə edənlərə qarşı çox sərt tədbirlər görülməsi gərəklidir.

Mən diqqət edirəm, bu istehlak tərbiyəsizləri və ya istehlak xuliqanlarının əksəriyyəti insanlıqdan xəbərsiz, yetərli təhsil və mədəniyyətdən yoxsul insanlardır.

Bəlkə də, bunlar varlıqlarını isbat etmək üçün bu yolla cəmiyyətdə nüfuz sahibi olmaq istəyirlər.

Sərvət və gəlirləri qanuni olmayan insanların bu şəkildə davranışları cəmiyyətdə müsbət qəbul edilə bilməz.

Ona görə də, bütünlüklə istehlak mədəniyyəti mövzusunda cəmiyyətdə tədbirlər, təbliğat, maarifləndirmə işləri aparılmalıdır.

Dünyanın heç bir ölkəsində insan zənginliyindən kimisə əzmək üçün istifadə etməsi qəbuledilməzdir. 

Xarici ölkələrdə əgər sizin pulunuz olsa belə, biznes-klasda uçmaq istəsəniz, psixoloji testdə davranışlarınız düzgün olmasa, sizə o bileti satmazlar. 

Sizin pulunuz var, amma özünüzü apara bilmirsizsə, sizi restoranlara buraxmazlar.

Artıq qurtarmaq lazımdır, bəzi adamlar davranışlarında dəyişiklik etməlidir. 

Bu nədir?! Bahalı maşınlarla insanları əzmək, bahalı maşınlarla insanlara kobud davranış – bunlara son qoyulmalıdır.

Mən hesab edirəm ki, istehlak mədəniyyəti mövzusunda silsilə tədbirlərin keçirilməsi gərəkir.

İqtisadçı, professor Zahid Məmmədov
 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin