Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
12:35 - 27 Aprel 2022
Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət xeyrinə 20% tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.
Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin