İcra başçısı və deputat məşhur bloggerin övladının xoş günündə - VİDEO
5 Noyabr 2024
13:12 - 16 İyul 2021
Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaspora üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.
Vəsatəti belə əsaslandırıblar ki, həmin şəxslər hadisə olan zaman ifadələrində qətlin kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun öldürdüyünü deyiblər.
Daha sonra vəkillər Rövşən Əkbərovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb. Zərərçəkmiş şəxsin verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.
Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin