“Moşu” HƏBSXANA həyatından danışdı - VİDEO

14:00 - 26 Aprel 2022

“Moşu” HƏBSXANA həyatından danışdı - VİDEO

“Anam, qardaşım və məni həbs etmişdilər”.

 

Manset.az xəbər verir ki, bu sözləri “Moşu” obrazı ilə məşhurlaşan Xalq artisti Valeh Kərimov ARB-də yayımlanan “Onun sirri” verilişində qonaq olarkən danışıb:

“İranda anadan olmuşam, 1950-ci ildə anam, mən, kiçik qardaşım və əmim sərhədi keçib Azərbaycana gəldik. Sərhədi pozub gəlmişik. Bunu edən də cəza çəkməlidir.

O vaxt İrandan çoxlu adam gəlirdi: qarışıqlıq, inqilab, şah hökuməti insanları tuturdu, asırdı, kəsirdi. Ondan canını qurtaranlar gəlirdi. Atam Azərbaycanda idi. Ona görə də anamı, qardaşımı, məni və əmimi həbs etdilər. 3 ay həbsxanada qaldım. Bir neçə dəfə bizim yerimizi dəyişdilər. Çox əziyyət çəkdim, uşaq olsaq da, həmin həyatı yaşadım. Həbsxanadan çıxanda bizi Samuxa apardılar. Elə sevindik ki, burada insanlar var, azad gəzirsən. Allah heç kimə həbsxana həyatı qismət etməsin”.

Daha ətraflı süjetdə:


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin