Kadırov onların yerini deyənə 1 milyon dollar veriləcəyini açıqladı

07:16 - 26 Aprel 2022

Kadırov onların yerini deyənə 1 milyon dollar veriləcəyini açıqladı

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Şeyx Mənsur və Dudayevin batalyonları”nın yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Manset.az xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında qeyd edib.

“Bu Şeyx Mənsur və Dudayev adlanan batalyonun harada yerləşdiyini deyən hər kəsə bir milyon dollar (bağışlamağa hazır olan xeyriyyəçi var) elan edirəm... Onları əldən verməməliyik, məhv etməliyik. Diz çöküb bütün müsəlmanlardan bağışlanma diləməli və ya başları getməlidir”, - Kadırov audiomüraciətində bildirib.

Qeyd edək ki, Ukraynada Kadırovun legitimliyini qəbul etməyən çeçenlər “Şeyx Mansur batalyonu” və “Cahar Dudayev batalyonu” yaradaraq ruslara qarşı döyüşürlər.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin