Bu tətbiqlə işlərimizi evdən həll edəcəyik

08:40 - 16 İyul 2021

Bu tətbiqlə işlərimizi evdən həll edəcəyik

“Planımız 2025-ci ilədək ölkəni tam əhatə etməkdir. Təkcə şəbəkələşmə ilə yekunlaşmayacağıq. Xidmətlərin çeşidləri və keyfiyyətinin daim artırılması üzərində iş aparılacaq”.

 

Manset.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib.

“Virtual DOST tətbiqini də hazırlayırıq. İlin sonunadək o da istifadəyə veriləcək. Bu tətbiq hər hansı bir mərkəzə getmədən, onlayn qaydada DOST xidmətlərini almaq imkanı yaradacaq.

Bundan başqa, DOST mexanizmi çərivəsində mediasiya mərkəzlərinin yaradılmasını planlaşdırırıq. Burada əmək münasibətləri üzrə mediasiya xidmətləri göstəriləcək.

DOST mərkəzlərində sosial-psixoloji xidmətlərin əhatə dairəsi genişləndiriləcək. İnsanlara sosial-psixoloji dəstək xidmətlərini həm çağrı, həm əyani qaydada göstəriləcək”, - nazir qeyd edib.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin