Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
23:52 - 15 İyul 2021
Suriyanın Afrin rayonunda PKK/PYD/YPG terror təşkilatı tərəfindən qətlə yetirilən şəxslərin basdırıldığı kütləvi məzar tapılıb.
Manset.az xəbər verir ki, bu gün səhərdən etibarən aparılan qazıntılar nəticəsində artıq 70-ə yaxın cəsəd qalıqları çıxarılıb, qazıntılar davam edir.
Afrin rayonu hazırda Türkiyə ordusunun nəzarətindədir, kütləvi məzarda basdırılanlar rayon PKK/PYD/YPG terror təşkilatının nəzarətində olduğu vaxtlarda qətlə yetiriliblər. Afrin Məclis Başqanı Məhəmməd Şeyx Reşit bildirib ki, məzarda basdırılanlar vəhşicəsinə qətlə yetiriliblər. Onların terror təşkilatına qarşı çıxdıqları üçün qətlə yetirildikləri bildirilir.
“Gördüyünüz kimi, hadisə yaşayış binalarının arasında baş verib, yəni insanların gözü qarşısında. Afrin sakini olaraq bu ərazidə kütləvi məzarın olmasından xəbərimiz yox idi. Buralar terror təşkilatının nəzarətində olarkən onlara qarşı çıxanların qətlə yetirildiyini eşitmişdik. Ehtimal ki, bu məzarda basdırılanlar da həmin şəxslərdən bir qismidir. İki gün əvvəl bu yerdə kütləvi məzarın olduğu haqda məlumat aldıq, qazıntılara başladıq”,-Şeyx Rəşit türkiyəli jurnalistlərə bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin