Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb

23:40 - 15 İyul 2021

Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb

Samux rayonunda kafedə bıçaqlanma hadisəsi olub.

Manset.az-ın məlumatına görə, hadisə Samux rayonunda fəaliyyət göstərən kaferlərin birində baş verib.

Yeniyetmə S.S-ov mübahisə zəminində, 1993-cü il təvəllüdlü Seymur Salmanovu bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə isə hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin