Yasamalda narkomanlar arasında mübahisə - “razborka” və qətl

23:21 - 15 İyul 2021

Yasamalda narkomanlar arasında mübahisə - “razborka” və qətl

Bakıda qətl törətməkdə və xuliqanlıqda ittiham olunan dəstə üzvlərinin - Ramil İsrafilov, Tural Şirinov və Rauf Hənifəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Manset.az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən Rauf Hənifəyev 18 il, Ramil İsrafilov 2 il 6 ay, Tural Şirinov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttiham aktından məlum olur ki, Yasamal rayonu ərazisində 36 yaşlı Cəlal Hüseynov bıçaqlanaraq qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş- 1979-cu il təvəllüdlü Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.

Hadisə ötən il iyulun 17-də Yasamal rayonu, M.A.Əliyev  küçəsində baş verib. Araşdırmalar zamanı məlum olub ki, qətldən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural Şirinov arasında mübahisə yaranıb. Hadisə günü Tural Cəlalla aralarında yaranan mübahisəni aydınlaşdırmaq  qərarına gəlib.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin