"Dedilər camaat gəlsə, pul yığılar, sonra ödəyərik" - Novruz Məmmədovdan ŞOK AÇIQLAMA (VİDEO)

11:40 - 23 Aprel 2022

Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib.

 

Keçmiş Baş nazir Novruz Məmmədov müzakirələrə səbəb olan nəvəsinin toyundakı görüntülərlə bağlı Manset.az-a müsahibə verib. O bununla bağlı sərt açıqlama verərək həmin kadrların ondan xəbərsiz çəkildiyini bildirib.

- Novruz müəllim, həmin görüntüləri kim lentə alıb?

- Mən bilmirəm o gürüntüləri kim yayıb. Nəvəmin kiçik toyudur, məni də qızım gil dəvət edib, getmişəm. O görüntüləri kim yayır, kim bu barədə danışır, o adamların ürəyinə dərd düşsün, cəzasını çəksinlər. Getmişəm, yaxşı eləmişəm, nəvəmdir, mən eləməmişəm o toyu, qızım gil ediblər, mən də getmişəm. Hansısa alçaxlar çəkib bunu ötürüblər. Şəxsiyyətsizlər də başlayıb müzakirə etməyə. Mən heç maraqlanmıram da bunu yayanlar kimdir, kim paylaşıb?


- Novruz müəllim ola bilərmi bunu sizi  istəməyənlər qəsdən yayıb?


- Yox, ola bilməz, bunu məclisdə iştirak edən adamlardan yayıblar. Mənim heç kimə pisliyim keçməyib. Onlar da məclisi əvvəlcə keçirib, sonra pulunu ödəyəcəkdilər. Belə şərt olub ki, dedilər camaat gəlib etsə, pul yığılar, sonra ödəyərik. Həmin adamlarla qızım gil yaxındır.

- Bəs bu hansısa məmurun sifarişi ola bilərmi?


- Yox, o ola bilməz, inanmıram. Mən öz nəvəmin toyunda iştirak edə bilmərəm? Bizim insanlar hazırda müzakirə etmək üçün mövzu axtarır, cəhhənnəmə axtarsınlar. Tüpürüm bunların hamısına, kim ola bilər, deyə bilmərəm. Kim nə istəyir eləsin. Birinin kişiliyi varsa, desin mən eləmişəm.”

 

Manset.az
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin