BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:24 - 15 İyul 2021
Ermənilərin “qəhrəman” kimi təbliğ etdikləri, qanunsuz silahlı birləşmələrin nümayəndəsi Arsen Aqasyanın meyitinin qalıqları tapılıb.
Manset.az bununla bağlı Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, ikinci dərəcəli “Döyüş xaçı” medalı ilə təltif olunan Arsen Aqasyan kiçik çavuş rütbəsində aprel döyüşlərinin də iştirakçısı olub və Talış kəndi istiqamətində döyüşüb. 2016-cı ilin mayında ona leytenant, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib.
Məlumatda deyilir ki, Aqasyanın meyitinin qalıqları Suqovuşan istiqamətində aşkar edilib. Onu tanıtdıran qalıqların yanındakı bıçaq və telefon olub.
Erməni mediası bildirir ki, A.Aqasyanın qardaşı Artur da son döyüşlərdə bu istiqamətdə məhv edilibmiş. Onun bir neçə ay əvvəl tapılan meyitinin qalıqları DNK analizindən sonra ailəsinə təhvil verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin