UEFA-dan Eriksenin son durumu ilə bağlı AÇIQLAMA

22:12 - 12 İyun 2021

UEFA-dan Eriksenin son durumu ilə bağlı AÇIQLAMA

UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.

Manşet.az xəbər verir ki, qitə futbol qurumunun məlumatında 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu bildirilib.

Qarşılaşma ilə bağlı yekun qərarın Bakı vaxtı ilə saat 21:45-də veriləcəyi vurğulanıb.

Danimarka Futbol Federasiyası isə təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin