Talıbovun işdən çıxardığı Nazirdən Kobud Açıqlama "Yatmağım sizə maraqlıdır?"

21:00 - 15 İyul 2021

Talıbovun işdən çıxardığı Nazirdən  Kobud Açıqlama

Naxçıvan Respublikası Ali Məclisinin beşinci sessiyasında V.Talıbov Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə bağlı tapşırıqlar verərkən nazir yuxuya gedibXəbər verdiyimiz kimi Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə vəzifəsindən azad olunub. Azad Cabbarovun vəzifəsindən azad olunmasına səbəb onun Naxçıvan MR Ali Məclisinin beşinci sessiyasında Vasif Talıbovun Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə bağlı tapşırıqlar verərkən yuxuya getməsi göstərilir.


Bu qalmaqallı iddia ilə bağlı Manset.az-a açıqlama verən Azad Cabbarov bunları deyib:


“Yatmağım sizə maraqlıdır? Sizə nə maraqlıdır. Sizə heç nə maraqlı olmasın. Yaxşı olar ki, özünüzə aid işlə məşğul olun.”


Daha sonra jurnalist “biz özümüzə aid işlə məşğuluq və bu əsasla sizə sual veririk” cavabından sonra Azad Cabbarov belə danışıb.


“Ali Məclisin sədri sərəncam verib, məni işdən azad edib. Biz də bu sərəncamı dəstəkləyirik. Sədrin qərarları bizim üçün qəbuldur. Başqa problem yoxdur.”
 


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin