Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
12:20 - 18 Aprel 2022
Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənovun Bakıda yaratdığı izdiham ajiotaja səbəb olub. Ticarət mərkəzlərindən birində təşkil edilən görüş zamanı insanlar bir-birlərini əziblər. Sosial şəbəkələrdə ən çox qınaq obyektinə çevrilən məqam isə səhnədəki şəxlərdən birinin insanlara qayışla vurması olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, blogerin fanatları ilə baş tutan səs-küylü görüşünə məşhurlar səssiz qalmayıblar. Onlar sosial şəbəkə hesablarında yaxud da vidoeların paylaşıldığı səhifələrdə görüşə öz münasibətlərini bildiriblər. Onlar da digər istifadəçilər kimi kəmərlə insanları vuran şəxsi təhqir ediblər:
Xalq artisti Naibə Allahverdiyeva
"Yeni bir kitabın təqdimatıdır! Deyirlər təqdimatdan sonra kitab paylayacaqlar! Bunlar kitabsevərlərdir".
Prodüser Tarix Əliyev (Tolik)
"Normaldır, uşaqdırlar. Hərənin bir kumiri olur. Məni yandıran o şərəfsiz var. O uşaqları kəmərlə vururdu. Heç Hüseynin komandasindan da deyil. Sən kimsən? Camaatın balasını kəmərlə vurursan?".
Aparıcı Leyla Quliyeva
"Nəyə görə? Kimə görə? İnsan qüruru harada qaldı bəs? Bir məşhur məsəl var, "Yaxşı at özünə qamçı vurdurmaz". Bəs insan necə qamçılanar?".
Aparıcı Turan İbrahimov
"Park Bulvar"da baş verənlərdə qeyri-adi heçnə yoxdur. Yeniyetmə emosional təcrübəsizliyinə populyar mədəniyyətin təsirinin təzahürüdür.O uşaqların emosiaları sabun köpüyü kimi bir şeydir. 3-5 ilə keçib gedəcək. İndilərdə dövran vayner-blogerlərindir".
Qeyd edək ki, blogerlə görüş zamanı səhnədən insanları qayışla vuran şəxs artıq 15 sutkalıq həbs olunub. Bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin