Fərdi təsərrüfatda qəsdən yanğın törədildi

09:49 - 15 İyul 2021

Fərdi təsərrüfatda qəsdən yanğın törədildi

Saatlı rayonu Sımada kənd sakini B. Aslanov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb.Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.

Dindirilmə zamanı V. Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-da araşdırmalar aparılır.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin