Prezident Əli Əhmədovu vəzifəsindən azad etdi
23 Sentyabr 2024
09:02 - 15 İyul 2021
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Lökbatan qəsəbəsində 1972-ci il təvəllüdlü Ağamaliyeva Xatirə Bulud qızı, 1960-cı il təvəllüdlü Rzayeva Məhəbbət Salman qızı və 1968-ci il təvəllüdlü Şahverdiyeva Məlahət Mətləb qızını avtomobil vurub.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
X.Ağamaliyevaya çanağın əziyi, M.Rzayevaya döş qəfəsinin əziyi və M.Şahverdiyevaya isə başın təpə nahiyyəsinin əziyi diaqnozları qoyulub.(report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin