Şuşa növbəti dəfə atəşə tutuldu - Ordumuz cavab verdi

08:48 - 15 İyul 2021

Şuşa növbəti dəfə atəşə tutuldu - Ordumuz cavab verdi

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Manset.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin