Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi - FOTO

14:20 - 14 Aprel 2022

Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildi - FOTO

Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.

O, Manset.az-a açıqlamasında məlumatı təsdiq edib:

"Bəli, vəzifəmdən azad olunmuşam. Hələki başqa vəzifəyə təyin edilməmişəm."

Qeyd edək ki, Arif Novruzov bir neçə rayon icra hakimiyyətlərinin( Ağdaş, Göygöl, Goranboy, Tərtər və.s) kuratoru vəzifəsində çalışıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin