Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
11:18 - 14 Aprel 2022
Əməkdar artist Cavanşir Məmmədov müğənni Günay İbrahimlininin ifa etdiyi “Ana Kürüm” mahnısının səhv aranjiman olunduğunu deyib.
Manset.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.
Məmmədov mahnının Aşıq Pənah Pənahov tərəfindən yazılmasına baxmayaraq, onda saz yox, balaban səsinin gəlməsini anlamadığını deyib: ““Ana kürüm”ü oxuyublar, Aşıq Pənahdan orada nə bir saz səsi var, nə də başqa bir şey. Bir dənə mahnının sözləridir, bunu ingilis mahnısı ediblər. Günay İbrahimli oxuyub, mahnının əvvəlində balaban var. Aşıq Pənah balaban ifaçısı olmayıb. Qızı, oğlu zəng etmişdi ki, atamın mahnısını niyə bu günə qoyublar?
Orada bir saz səsi gəlsə, nə olardı? Bu, bizim folklorumuzdur. Əgər aranjimançı ingilis stilində aranjiman edirsə, bir dənə başqa “Ana kürüm” yazsın. Mən bunları tövsiyə edirəm. Bir həmkarımız vardı, onu müdafiə etdi, bu mahnıya xeyir-dua verdi. Orada xeyir vermək olar, amma dua yox. Çünki Aşıq Pənahın ruhu inciyər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin