Dəhşət! "Səni axtarıram"da illərlə axtarılan qadın öldürülüb - ŞOK! Əmioğlu saxlanıldı+FOTO

00:13 - 12 Aprel 2022

Dəhşət!

Masallı rayonunda 7 il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb.

Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.

Manset.az-ın məlumatına görə, qətlə yetirilən Səidə Cəfərovanın anası Bibixanım Cəfərova qızının itkin düşməsi ilə bağlı "Səni axtarıram" proqramına müraciət etmiş və orada Bibixanım Cəfərova ilə onun qızının ölümünə görə bu gün şübhəli şəxs qismində saxlanılan Əfrayıl Cəfərov üz-üzə gəlmişdi. Proqramda müzakirələr zamanı Səidə Cəfərovanın öz əmisi oğlu olan Əfrayıl Cəfərov tərəfindən öldürüldüyü qızın anası Bibixanım Cəfərova və aparıcı Xoşqədəm Hidayətqızı tərəfindən iddia olunmuşdu. Bundan sonra adıçıkilən Əfrayıl Cəfərov stüdiyanı tərk etmişdi.

Manset.az-ın əldə etdiyi digər məlumata görə, bu ilin fevral ayında "Səni axtarıram" layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı Səidə Cəfərova ilə bağlı proqramda olan faktlar barədə prokurorluğa məlumat verib.



Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin