Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır - YENİLƏNDİ

15:33 - 11 Aprel 2022

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır - YENİLƏNDİ

Milli Məclisin sabahkı plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında məsələyə baxılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

 

15:13

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

 

Manset.az "report"a istinadən xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin