Pensiyalarda bu qədər artım olacaq - DƏQİQ RƏQƏM
16 Noyabr 2024
12:58 - 11 Aprel 2022
Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canananı rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisindən qovdurub.
Manset.az xəbər verir ki, həmin anın görüntülərini “Dünya TV” lentə alıb.
Belə ki, Canananı görən İsgəndərli Fatimədən onu qovmasını istəyib. Rəqqasə isə bunun üçün ətrafdakılara müraciət edib.
Qeyd edək ki, daha əvvəl Canana axşam.az-a açıqlamasında məclisə dəvət olunmadığını demişdi: “Jurnalist dostlarla konsertə gedirdik. Dedilər ad günündə çəkiliş edək sonra. Mənim də Fatimə Fətəliyevaya hörmətim var. İstədim onu təbrik edim. Mətanət xanım məni dəhlizdə görüb dedi çıxarın onu buradan. Elə bil düşmənəm, cangüdən də çağırdılar”.
Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi boşanıb. 3 uşaq əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb. Hazırda isə Kərim Ali Məhkəməyə müraciət edib. Bu səbəbdən Canana uşaqlarını hələ də görə bilmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin