Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

17:37 - 12 İyun 2021

Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda bu gün 40 844 nəfər vaksinasiya olunub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 5 373 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 742 867-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 783 506, ikinci mərhələ üzrə isə 959 361 nəfər təşkil edir.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin