Xüsusi təyinatlılar Oxçuçayı çirkləndirən kombinatda əməliyyat keçirilir

12:48 - 14 İyul 2021

Xüsusi təyinatlılar Oxçuçayı çirkləndirən kombinatda əməliyyat keçirilir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatının ərazisinə daxil olublar.

Manset.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, kombinatın təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl hakimiyyətin müəssisədən mis və molibden ixrac edilməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı.

Xatırladaq ki, Zəngəzur Mis-Molibden Kombinatı Ermənistandan mənbəyini götürməklə Azərbaycan ərazisində Araz çayına tökülən Oxçuçayı radioaktiv tullantılarla çirkləndirir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin