"Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır"- Əlikram Bayramov

14:58 - 9 Aprel 2022

Müğənni Əlikram Bayramovun toyda başına iş gəlib.

Manşet.az xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında deyib. Onun "Toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan" sözlərinə Əlikram belə cavab verib:

"Deyib, efirdə nəsə olanda danışıraq, deyirəm, xanım baxır, olmaz. Yəqin ondan eşidib. Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir. Demirəm ki, qab yu. Uşağa baxmaqda kömək et".  

Əlikram qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb. 


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin