Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
12:50 - 8 Aprel 2022
Almaniyanın DHL yük şirkətinə məxsus təyyarə Kosta-Rikanın paytaxtı San Xose hava limanında məcburi eniş etdikdən sonra parçalanıb.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Almaniyanın DHL yük şirkətinə məxsus Boeing 757 tipli yük təyyarəsi Xuan Santamariya hava limanından qalxdıqdan qısa müddət sonra nasazlıq yaşayıb.
Mexaniki nasazlıq olduğu bildirilən təyyarə 25 dəqiqə sonra geri qayıtmalı olub.
Hava limanında məcburi eniş edən təyyarə uçuş-enmə zolağının sonunda dönüb və yerə çırpılıb və yarıya bölünüb.
Parçalanmış təyyarədə olan 2 ekipaj üzvünün səhhəti yaxşıdır.
Bildirilir ki, ekipaj səlahiyyətlilərə "hidravlik problem" barədə xəbərdarlıq edib və qəza ölkənin ən böyük hava limanının fəaliyyətini dayandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin