“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

11:01 - 8 Aprel 2022

“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

“Atlant” əyləncə və istirahət mərkəzinin direktoru Tahir Qədəşovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

 

Manset.az “kriminalqafqaz”a istinadən xəbər verir ki, sahibkar dövlətə olan borcunu ödəmədiyi üçün onunla bağlı qərar verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində T.Qədəşova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, “Atlant”ın sahibi ümumilikdə 18 min manat borcu ödəməkdən yayınıb.

Qeyd edək ki, T.Qədəşov ötən ilin avqustunda karantin qaydalarının pozulmasına şərait yaratdığı üçün polis tərəfindən saxlanılmışdı. Onun qohumu, eyni mərkəzin rəhbərlərindən biri Azər Qədəşov həbs edilmişdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin