Azərbaycanda ərini atıb başqasına qaçan qadın güllələndi

00:34 - 8 Aprel 2022

Azərbaycanda ərini atıb başqasına qaçan qadın güllələndi

Sumqayıtda güllələnmə hadisəsi olub.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.

Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, hadisə namus üstündə olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşını ataraq başqasına qoşulub qaçıb. Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin