Könül Kərimova ilə zarafat etdilər: "500 manata toyda oxuyarsınız?" - ANBAAN VİDEO

12:24 - 7 Aprel 2022

Könül Kərimova ilə zarafat etdilər:

Əməkdar artist Könül Kərimova "10-da görüşək" proqramına qonaq olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, veriliş bitdikdən sonra avtomobilinə minən sənətçi gözləmədiyi hadisə ilə qarşılaşıb.

Belə ki, proqramın əməkdaşlarından biri ifaçı ilə zarafat edib.

Veriliş heyətindən İlham adlı şəxs Əməkdar artistə yaxınlaşıb imkanının aşağı olduğunu və toyunda 500 manat qarşılığında oxumasını xahiş edib.

İfaçı ona təklif edilən pulun miqdarını eşidəndə əsəbiləşərək "Yox! Sən hələ gör, mən 5000-ə gələrəm?" sözlərini söyləyib. Həmin anlar "Mtv" kamerası tərəfindən görüntülənib. 

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin