Alla Puqaçovanın keçmiş həyat yoldaşı koronavirusdan öldü - FOTO

09:23 - 14 İyul 2021

Alla Puqaçovanın keçmiş həyat yoldaşı koronavirusdan öldü - FOTO

SSRİ Xalq artisti Alla Puqaçovanın keçmiş həyat yoldaşı, rejissor Aleksandr Stefanoviç həkimlərin səyinə baxmayaraq “Baxruşının” xəstəxanasında vəfat edib.

Manset.az  TASS-a istinadən xəbər verir ki, A.Stefanoviç koronavirusdan dünyasını dəyişib.Əvvəl ev şəraitində müalicə olunsa da, vəziyyəti pisləşdiyindən iyulun 5-də xəstəxanaya yerləşdirilib. Koronavirusun ağ ciyərini zədələməsi səbəbindən ölüb.

Rejissorun harada və nə vaxt dəfn ediləcəyi açıqlanmayıb.

Qeyd edək ki, Stefanoviç Alla Puqaçova ilə əməkdaşlığa başladıqdan sonra məşhurlaşmışdı. 1977-ci ildə o, Alla ilə evlənib. Lakin evlilik uzun sürməyib, 1981-ci ildə cütlük ayrılıb.



Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin