Ayandan Nadirə etiraz: "Ölənin arxasınca danışmaq bizə düşməz" - FOTO

10:43 - 7 Aprel 2022

Ayandan Nadirə etiraz:

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü tiktoker Fərqanə Eynullayeva ötən gün dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, onun ölümündən sonra sosial şəbəkələrdən yayılan foto və videoları müzakirələrə səbəb olub. 

Tiktok fenomeni bir çox insanın qınaq obyektinə çevrilib. Onlardan biri də müğənni Nadir Qafarzadə olub. O, Fərqanə haqqında "İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!" sözlərini yazıb.

Nadirin bu fikirləri həmkarı və duet ortağı Ayan Babakişiyevanı qəzəbləndirib. 

Ayan "Allah rəhmet etsin. O artıq haqq dünyadadır, biz isə nahaqq... Ölənin arxasınca danışmaq bizlərə düşməz. Öz ruhu digər dünyada səhvləri-düzləri ilə cavab verəcək" fikirləri ilə Qafarzadəyə etiraz edib.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin