Dünya birjalarında neft qiymətləri dəyişdi

11:36 - 6 Aprel 2022

Dünya birjalarında neft qiymətləri dəyişdi

Dünya birjalarında neft qiymətləri dəyişib.

 

Manset.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,64 dollar bahalaşaraq 107,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,37 dollar artaraq 102,33 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 111,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 107,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin