Daha 2 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
16 Noyabr 2024
16:55 - 5 Aprel 2022
Məlum olduğu kimi, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verib. Məhkəmənin ilkin iclası ötən həftə baş tutub. Kərimova şərəf və ləyaqətini təhqir etdiyi üçün Fərmanqızının cəzalandırılmasını tələb edib.
Manset.az xəbər verir ki, Xalq artisti müğənni ilə bağlı məhkəməyə təqdim etdiyi materialları instaqram səhifəsində paylaşıb.
“Düşünürəm iddiası olanın sübutlara arxalanan dəlili olar. Yalanlarla silahlanmaq acizliyin göstəricisidir. Birinci gündən məhkəməyə təqdim olunan faktları xronologiya ilə sizin mühakimənizə təqdim edirəm. Zamanınızı bir az alacaq faktları toplu şəkildə incələmək, qərəzli və göstərişlə yazılan rəylərə cavabımdır. Həqiqətin yanında olan hər kəsə təşəkkür edirəm”, - deyə o, paylaşımında yazıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.
Həmin görüntüləri təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin