Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
15:05 - 12 İyun 2021
"Cənub Qaz Dəhlizinin icrası əməkdaşlığın, uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdı. İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır”.
Manşet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir:
“Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünki İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz sadəcə kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin