Azərbaycanda kişi sevgilisini bıçaqladı

23:40 - 2 Aprel 2022

Azərbaycanda kişi sevgilisini bıçaqladı

Gəncədə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kişi qadını bıçaqlayıb.

Manset.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Sahib Hüseynov 1975-ci il təvəllüdlü Səidə Əhmədova ilə mübahisə edib.

Mübahisə zamanı S.Hüseynov qadının qol və sifət nahiyəsin bıçaq zərbələri endirib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin