Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağrıldı

11:41 - 13 İyul 2021

Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağrıldı

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov  Manset.az-a  açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin