Azərbaycanda polis ehtiyatsızlıqdan həyatını itirdi
16 Noyabr 2024
17:18 - 1 Aprel 2022
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində məhkəməyə verdiyi şikayət icraata götürülüb.
Manset.azQafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin vəkili Xavər İsmayılova məlumat verib.
Xüsusi ittiham qaydasında verilən şikayətə Binəqədi Rayon Məhkəməsində baxılıb. F.Kərimova A.Fərmanqızının mediada və instaqramda onun barəsində səsləndirdiyi fikirlərin böhtan xarakterli olduğunu və bunu şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirib. İşin mahiyyəti üzrə araşdırma növbəti iclasda başlayacaq.
Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin