"Ceyhun Səfərov məzuniyyətdədir, sabah nə olacaq bilmirik" - "Azəriqaz”ın Baş direktoru

10:32 - 13 İyul 2021

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad olunması xəbərinə münasibət bildirib.

Manset.az-a açıqlama verən R.Əliyev yayılan məlumatların yalan olduğunu bildirib:

“Elə bir şey yoxdur. Ceyhunu biz işdən azad etmərik. O, bizim mətbuat xidməti üçün böyük işlər görüb. Sabah nə olacaq bilmirəm. Ola bilər ki, Ceyhuna daha yaxşı iş təklif olunar. Bugünkü gün işində çalışır. Sadəcə o, bir həftədir ki, məzuniyyətdədir. Hələki onun işdən çıxması ilə bağlı əmr imzalamamışam". 

Əli Vəliyev


 


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin