Ukrayna ordusu daha 5 yaşayış məntəqəsini AZAD ETDİ

15:32 - 31 Mart 2022

Ukrayna ordusu daha 5 yaşayış məntəqəsini AZAD ETDİ

Ukrayna Silahlı Qüvvələri Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.

 

Manset.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb. “Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün vacibdir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa etdiyi barədə məlumat verilmişdi.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin