Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması üçün yaz çağırışı ilə bağlı fərman imzalayıb.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Çağırış cari ilin aprelin 1-dən iyulun 15-nə qədər həyata keçiriləcək və 18 yaşından 27 yaşına qədər vətəndaşlara şamil olunacaq.
Bildirilir ki, 134,5 min çağırışçı Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün yollanacaq.