Ana həbsdə olan oğluna ağlagəlməz üsulla narkotik keçirmək istədi - FOTO

12:01 - 31 Mart 2022

Ana həbsdə olan oğluna ağlagəlməz üsulla narkotik keçirmək istədi - FOTO

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə  Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin