70 kiloqram qızılla saxlanılan hərbi attaşe ilə bağlı məhkəmə qərar verdi
25 Noyabr 2024
10:56 - 31 Mart 2022
Kiberhücum nəticəsində “Axie Infinity” video oyununun blokçeyn şəbəkəsi olan “Ronin Network”dən dəyəri 600 milyon dollardan çox olan kriptovalyutanın oğurlandığı bildirilib.
Manset.az -ın məlumatına görə “Ronin Network”dən verilən açıqlamada şəbəkədə təhlükəsizlik pozuntusunun baş verdiyi bildirilib.
Martın 23-də 600 milyon dollardan çox olan 173 600 Ethereum və 25,5 milyon USDC xakerlər tərəfindən oğurlanıb.
Cinayətkarların məsuliyyətə cəlb olunması üçün işlərin davam etdirildiyi bildirilib.
Sözügedən hücum indiyə qədər mərkəzləşdirilməmiş maliyyə sahəsində ən böyük soyğunlardan biri kimi qeyd olunur.
Ethereum blokçeyninin yan zənciri olan “Ronin Network” “Axie Infinity” onlayn video oyunu üçün ödəniş vasitəsi kimi istifadə olunur və oyunçulara daha ucuz əməliyyat haqları təklif edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin