Yunanıstanda "Qalatasaray"a qarşı olan rəftar qəbul edilə bilməz - Çavuşoğlu

23:41 - 12 İyul 2021

Yunanıstanda

Türkiyənin "Qalatasaray" klubunun Yunanıstana buraxılmamasına xarici işlər naziri Mövlud Çavuşoğlu münasibət bildirib.

BAKU.WS xəbər verir ki, qardaş ölkə naziri kluba qarşı olan rəftarı qəbuledilməz adlandırıb.

"Bu gün "Qalatasaray" klubumuzun Yunanıstanda qarşılaşdığı xoş niyyət və alicənablıqdan uzaq rəftar qəbul edilə bilməz. Bütün klublarımızın yanındayıq", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, “Olimpiakos”la oynayacağı hazırlıq matçı üçün Yunanıstana yollanan “Qalatasaray” klubunu yunan gömrük əməkdaşları iki ökə arasında PCR testlərin qarşılıqlı tanınması üzrə razılaşmanın olmadığını əsas gətirərək ölkəyə buraxmaqdan imtina edib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin