Qazax sakinində narkotik aşkarlandı

21:28 - 12 İyul 2021

Qazax sakinində narkotik aşkarlandı

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, İlham Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin