Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
16 Noyabr 2024
08:10 - 30 Mart 2022
"Yeşilçam" ulduzu Cüneyt Arkının dərc etdiyi "Benim kahramanım türk halkıdır" kitabında mərhum aktyor Kemal Sunalla bağlı xatirələrinə də yer verib. Həmin kitabda Kemalın arabesk ifaçılardan birini bəyənmədiyi əks olunub. Sözü gedən ifaçının Orxan Gəncəbay olduğu iddia edilib. Bundan sonra məsələyə münasibət bildirən ifaçı Arkının bu mövqeyinə əsəbiləşib.
Manset.az xəbər verir ki, O.Gəncəbay Türkiyənin "2. sayfa" proqramına telefonla bağlanaraq C.Arkının yazdıqlarını yalan adlandırıb:
"Cüneyt Arkının yazdığı hər şey yalandır. Kitabı oxumağa belə lüzum görmürrəm. Cüneyt Arkına təəccüblənirəm. Ona nə etmişəm ki, mənim haqqımda belə iyrənc münasibət göstərib, haqqımda yalan danışır? Filmlərini sevərək izlədiyim mərhum Kamal Sunal ilə heç vaxt yan-yana belə gələ bilməmişəm, təəssüf ki.
Mahnılarımı da başqalarından almamışam. Məni buralara türk xalqı gətirib".
İfaçının həyat yoldaşı Sevim Emre isə məsələ ilə bağlı vəkillə müraciət edəcəklərini və kitabı Orxan Gəncəbayın adından istifadə edərək reklam etmələrinə imkan verməyəcəklərini vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin