Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
18:00 - 29 Mart 2022
Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkləməsində keçirilən iclasda dövlət ittihamçısı sabiq polisin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. O, İ.Məmmədovun 3 il ağır tipli, 17 il isə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasını təklif edib.
Hakimlərin qərarı növbəti prosesdə elan edəcəyi gözlənilir.
Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar polisə şikayət etmək üçün şöbəyə gəlib. Araşdırma gedişində İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin