“Abel  Məhərrəmovun restoranında keçirilən qanunsuz toy nəzarətə götürülüb” – DİN

13:15 - 12 İyun 2021

“Abel  Məhərrəmovun restoranında keçirilən qanunsuz toy nəzarətə götürülüb” – DİN

Xəbər verdiyimiz kimi ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona-Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

 

Məsələ ilə bağlı Manşet.az-a açıqlama verən DİN-nin  mətbuat xidmətinin rəisi , polis polkovniki Ehsan Zahidov  bu barədə araşdırma aparıldığını bildirib.

“Yayılan görüntülər nəzarətə götürülüb. Hazırda fatla bağlı araşdırma aparılır, əgər adıçəkilən retoranda qanunsuz toy mərasiminin keçirilməsi faktı təsdiqini tapacaqsa, bununla bağlı ciddi tədbirlər görüləcək.

Əli VƏLİYEV

 


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin