Ayaz Mütəllibov dəfn olundu - YENİLƏNDİ+ FOTO/VİDEO

14:44 - 28 Mart 2022

Ayaz Mütəllibov dəfn olundu - YENİLƏNDİ+ FOTO/VİDEO

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov dəfn edilib.

 

Manset.az xəbər verir ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

 

14:02

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov ilə vida mərasimi keçirilib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilən mərasimdə mərhumun ailəsi, ictimai xadimlər iştirak ediblər.

Baku TV-nin vida mərasimindən canlı yayıma çıxıb.

Həmin görüntüləri təqdim edirik:

 

 

10:44

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Birinci Fəxri xiyabanda dəfn olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə APA-ya Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.

 

10:36

Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.

Onun sözlərinə görə, eks-prezidentin nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:

“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini nəzarətinə götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi. Eks-prezidentin harada dəfn olunacağı barədə hələlik məlumatsızam”.

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin