Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
12:49 - 12 İyun 2021
Azərbaycanlı akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar bu gün 92 yaşında vəfat edib.
Manşet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya AMEA-nın mətbuat katibi Leyli Namiqqızı məlumat verib. Onun sözlərinə görə, alim bu gün günorta saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Oveys oğlu Qacar ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib.1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.
Ç.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Ölümünə qədər həmin müəssisənin Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin