Azərbaycanda məşhur jurnalistin maşınının şüşəsini sındırıb oğurluq etdilər - FOTO

22:00 - 26 Mart 2022

Azərbaycanda məşhur jurnalistin maşınının şüşəsini sındırıb oğurluq etdilər - FOTO

Sumqayıtda maşının şüşələri sındırılaraq, içərisindəki əşyalar oğurlanıb.

Manset.az xəbər verir ki, bu barədə jurnalist Səbuhi Vaqifoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, hadisə Sumqayıtda Səməd Vurğun küçəsində yerləşən “Turan” restoranı yaxınlığında baş verib:

“Yarım saat sonra restoranın ofisiantı yaxınlaşdı ki, maşını yarıblar. Maşından əl çantası, içərisində təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqəsi və digər sənədlər oğurlanıb. Yaxınlıqda kamera da var. Hüquq-mühafizə orqanlarına müraciət etmişik”.



Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin